Şirkət Haqqında

STD GROUP şirkətlər birliyi haqqında qısa xülasə:

  • 1997 . Havalandırma sektorunda 20 illik iş təcrübəsinə malik olan mühəndis Sərxan Hüseynov tərəfindən “SANTEXDETAL LTD” adı altında təsis edilməsi
  • 1999 . Ağac emalı fabrikləri üçün aspirasiya sistemlərinin layihələndirilməsi, siklonların istehsalı və quraşdırılması
  • 2000 . Şüşə sənayesinin (STD GLASS) əsasının qoyulması və ilk dəfə olaraq “STD” markası altında yeyinti sənayesində istifadə olunan şüşə qabların istehsalına başlanılması
  • 2000 . STD HVAC və STD GLASS birləşərək STD GROUP adı altında fəaliyyətini davam etdirməsi
  • 2001 . Azərbaycanda yeganə yerli şirkət olaraq ilk dəfə mebel sənayesi üçün “STD HVAC“ markalı JET-PULSE torbalı toztutma filtr sistemlərinin layihələndirilməsi, istehsalı və quraşdırılması
  • 2003 . CAD 2D (AutoCAD) proqram təminatının layihələndirmə işlərində tətbiqi
  • 2008 . HVAC proyektlərinin sayının artması ilə əlaqədar olaraq “Sənaye Ventilyasiya” MMC törəmə müəssinin yaradılması
  • 2009 . AutoCAD MEP və SolidWorks proqram təminatının layihələndirmə işlərində tətbiqi
  • 2012 . Müştərilərimizin 15 il ərzində göstərdiyimiz yüksək keyfiyyətli xidmətə verdikləri dəyər sayəsində STD Group HVAC sektorunda çalışan Almaniyanın 100 illik şirkəti WOLF Anlagentechnik-GmbH &Co.KG – nın Azərbaycan üzrə rəsmi və yeganə distribüteri olması
  • 2013 . STD GLASS şirkətində müasir avtomatlaşdırılmış istehsal xəttinin qurulması və işə buraxılması
  • 2013 . 3D CAD (Unigraphics NX8) Design sistemlərinin şüşə qabların layihələndirməsi işlərində tətbiqi